İlk öncə "Kürə Pizza" Ailəvi Restoranın saytını ziyarət etdiyiniz üçün sevinc hissi keçirərək Sizə dərin minnətdarlığımı bildirirəm.
Biz 2007-ci ildə balaca bir məkanda az bir personalla yola çıxdıq və ketring olmadan fəaliyyətə başladıq. Kiçik bir zaman kəsiyində bu balaca yeri müştərilərin sevimli məkanına çevirməyi bacardıq. Bu az bir zamanda "Kürə Pizza" artıq öz sözünü deyən, yolunu özünəməxsus yeriyən, gülər üz personal, gigiyenik qaydalara ciddi riayyət edən, keyfiyyətli, dadlı və 100 % halal məhsulları ilə özünə müştəri auditoriyası qazanan ailəvi restorana çevrilmişdi. Hazırda 2 restoranla xidmətinizdəyik və bunu restoranlar şəbəkəsi səviyyəsinə çatdırmaq niyyətindəyik. Uğurların qarşıda olmasına böyük ümüdlər bəsləyirik.
Əziz müştərilərimiz və saytımızın ziyarətçiləri. "Kürə Pizza" daima müştərilərin məmnuniyyəti ən ön planda tutmuş və onlardan gələn ən elementar təklifi belə dəyərləndirmişdir. Rəhbərlik olaraq sizin şikayətlərinizi, iradlarınızı və ya təkliflərinizi rahatlıqla bildirməniz üçün əlimizdən gələn hər şeyi etməyə hazırıq. İstər www.kurepizza.com saytının ƏLAQƏ bölməsindən göndərilmiş məktubları istərsə də, Facebook səhifəmizdən bildirdiyiniz irad və təklifləri ən kiçik detallarına qədər araşdırıb lazımi tədbirləri görməyə səy göstəririk. Sizdən xahişimiz, ən adi təklifinizi belə bizə bildirmənizdir.
Məqsədimiz: Kürə Pizzanı əksəriyyətin qəbul etdiyi milli brendə çevirmək və dahada operativ ketrinq xidməti qurub müştərilərimizin məmnuniyətindən zövq almaqdır.
Zahir İbrahim, “Kürə Pizza” Ailəvi Restoran-ın direktoru